SİYASƏT


Kasım-Jomart Tokayev: Qazaxıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verir

Kasım-Jomart Tokayev: Qazaxıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verir

Bakı, 27 may, AZƏRTAC

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, Azərbaycan bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

“Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm”, - deyə məktubda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.