İDMAN


“Kasımpaşa” klubu bosniya və herseqovinalı futbolçunu heyətinə cəlb edib

Bakı, 15 yanvar, AZƏRTAC

İstanbulun “Kasımpaşa” futbol klubu bosniya və herseqovinalı yarımmüdafiəçi Haris Hayradinoviçi heyətinə qatıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu Xorvatiyanın “NK Osiyek” klubundan 2,5 milyon avro qarşılığında transfer edilib. Yarımmüdafiəçi ilə 3,5+1 illik müqavilə imzalanıb.

Haris Hayradinoviç cari mövsümdə Xorvatiya klubunun heyətində 24 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.