ELM VƏ TƏHSİL


“Kaspi” liseyinin komandaları ABŞ-da keçirilən olimpiadada altı medal qazanıb

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ-da hər il keçirilən “Genius” olimpiadasında “Kaspi” liseyinin şagirdləri növbəti uğur qazanıblar.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 79 ölkə və ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagirdin iştirakı ilə keçirilən olimpiadada “Kaspi” liseyini 6 nəfərdən ibarət 2 komanda təmsil edib.

Olimpiadada uğurla iştirak edən X sinif şagirdləri Əzizağa Hüseynov, Əli Quluzadə və VIII sinif şagirdi Əbülfəz Rəsulzadə qızıl medal qazanıblar. Liseyin VIII sinif şagirdləri Hüseyn Nadirov, Fərhad Süleymanzadə və IX sinif şagirdi Hüseyn Rəsulzadə isə bürünc medala layiq görülüblər. Beləliklə, “Kaspi” liseyini təmsil edən hər iki komanda 3 qızıl, 3 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb.

Bununla da “Kaspi” liseyinin beynəlxalq olimpiadalarda qazandığı medalların sayı 100-ə çatıb.

Hər il Nyu-York Dövlət Universitetinin ev sahibliyi etdiyi və Osveqo şəhərində keçirilən “Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.