Kassirin səhvi pensiyaçını milyonçu etdi
AzerTAg.az
08.07.2020 [18:27]
Bakı, 8 iyul, AZƏRTAC
Kanadalı pensiyaçı Maykl Batt kassir qadının səhvi sayəsində milyonçu olub.
AZƏRTAC CTV News telekanalına istinadla xəbər verir ki, 82 yaşlı Kombermer sakini “Lotto 6/49” lotereya bileti almaq istəyib, lakin kassir səhvən ona “Lotto Max” bileti verib. Nəticədə pensiyaçı 1 milyon Kanada dolları həcmində uduşun sahibi olub. O, uduşu sənədləşdirərkən kassirə bəxşiş verdiyini deyib.
“Əgər kassir səhvə yol verməsəydi, milyonu qazana bilməyəcəkdim”, - deyə pensiyaçı etiraf edib.
Eyni zamanda, məlum olub ki, Maykl Battın qardaşı da 1980-ci illərin sonlarında lotereyada 3,5 milyon Kanada dolları udubmuş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
11.08.2022 [06:43]
08.08.2022 [11:27]
07.08.2022 [03:22]
04.08.2022 [17:51]

MULTİMEDİA
18.08.2022 [11:23]
18.08.2022 [09:34]
22.07.2022
18.08.2022 [11:13]
17.08.2022 [20:10]
17.08.2022 [20:02]
18.08.2022 [10:17]
18.08.2022 [10:17]
18.08.2022 [11:47]
18.08.2022 [11:45]
18.08.2022 [11:45]
18.08.2022 [11:40]
18.08.2022 [11:09]
18.08.2022 [10:50]
17.08.2022 [18:10]
17.08.2022 [14:46]
17.08.2022 [14:33]
17.08.2022 [14:12]
17.08.2022 [13:03]
17.08.2022 [12:32]
18.08.2022 [10:55]
18.08.2022 [10:42]
18.08.2022 [10:33]
Xəbərin mətnində orfoqrafik səhv var