ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirir

Bakı, 3 iyun, AZƏRTAC 

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyası akademik A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müqavilə üzrə müştərək elmi tədqiqat işlərinin aparılması, o cümlədən “Polimer-mineral hibrid sistemlər əsasında yeni funksional materialların, sorbentlərin və katalizatorların işlənməsi” mövzusu əsasında araşdırmanın, həmçinin yeni kompozisiya materiallarının işlənməsi üçün polimer-mineral hibrid sistemlərin istifadə imkanlarının tədqiqi istiqamətində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.