ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu doktorant və dissertantlarının tədqiqat işləri qənaətbəxş sayılıb

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti, elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı doktorant və dissertantların yanvarın 15-də keçirilmiş attestasiyası barədə ətraflı məlumat verib. Bildirib ki, 2019-cu ildə doktorant və dissertantların apardıqları elmi tədqiqat işlərinin nəticələrini qənaətbəxş hesab etmək olar. Sonra attestasiyanın nəticələri müzakirə edilərək təsdiqlənib.

İclasda, həmçinin 2020-ci il üçün elmi iş proqramları təsdiq olunub.

Sonda müsabiqə məsələlərinə baxılıb, institut əməkdaşlarından birinə professor və iki nəfərə dosent elmi adı verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.