ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqaləsi ən çox istinad edilənlər sırasında yer alıb

Bakı, 19 fevral, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyev, elmi müəssisənin əməkdaşları Məhəmməd Babanlı, Samirə İmaməliyeva və Dünya Babanlının Rusiya Elmlər Akademiyasının “Rusiyanın qeyri-üzvi kimya jurnalı”nda dərc olunmuş icmal məqaləsi nəşrin redaksiyasının keçirdiyi 2018-2020-ci illər üzrə ən çox istinad olunan məqalə müsabiqəsinin qalibi olub və müəlliflər xüsusi diplomla təltif ediliblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ingilis dilində olan "Tl5Te3 quruluşlu çoxkomponentli halkogenidli fazaların fiziki-kimyəvi aspektləri" adlı məqalədə birləşmənin üçlü quruluş analoqları və onlar əsasında çoxkomponentli fazalar haqqında ədəbiyyat məlumatları və müəlliflərin aldığı nəticələr təhlil edilib və sistemləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.