ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda yer alıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının “Experimental study of phase equilibria and thermodynamic properties of the Tl–Se–I system” adlı məqaləsi impakt faktoru 2.209 (CA) olan “Journal of Thermal Analysis and Calorimetry” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə Tl-Se-I sisteminin müasir fiziki-kimyəvi üsullarla tədqiqinin nəticələri verilib. Sistemin tam faza diaqramı qurulub, yeni kimyəvi birləşmələr aşkar olunub, onların ərimə xarakteri və temperaturları, həmçinin maye fazadan ilkin kristallaşma sahələri müəyyən edilib. Elektrolit kimi ion mayesindən istifadə etməklə elektrokimyəvi üsulla sistemin fundamental termodinamik funksiyaları təyin olunub. Aşkar edilən yeni fazalar radiasiya detektorları kimi tətbiq üçün perspektivlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]