ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının yeni monoqrafiyası çapdan çıxıb

Bakı, 5 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Sərdar Zeynalov, Elçin Hüseynov, Mina Münşiyeva, Səidə Şərifova və Şahnaz Qəhrəmanovanın həmmüəllifi olduqları “Təbii proteinogen aminturşular. Həyat metalları və onların kompleks birləşmələri” adlı monoqrafiya çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rus dilində nəşr olunan bu elmi əsər protein mənşəli aminturşulara - təbii proteinogen aminturşulara, həyat metalları və onların metalkompleks törəmələrinə həsr edilib. Kitabda aminturşuların, həyat metallarının canlı orqanizmlərdə və bitkilərdə bioloji rolu, təbii aminturşuların metal­kompleks birləşmələrinin sintezi və bioloji əhəmiyyəti əksini tapıb.

Geniş oxucu kütləsi və bilavasitə bioüzvi, koordinasiya, biokimya və biomolekulyar kimya sahələri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş monoqrafiya əlavə bilik mənbəyi kimi fayda verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.