ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu müsabiqə elan edib

Bakı, 17 fevral, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant yerlər müəssisənin funksional qeyri-üzvi maddələrin termodinamikası, metal-klatrat birləşmələr, o cümlədən mineral sorbentlər laboratoriyalarının hər birində elmi işçi vəzifələridir. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində təqdim edilməlidir.

Əlavə məlumatı (+994 12) 539 38 71 əlaqə nömrəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.