QAN YADDAŞI


Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib, şəhidlərin xatirəsi anılıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda və digər şəhər və rayonlarımızda törətdiyi qanlı hadisələrdən danışıb. Bildirilib ki, o müdhiş gecədə azadlıq və müstəqillik arzusunda olan xalqımıza qarşı hərbi cinayət törədilib.

20 Yanvarda günahsız insanların qəddarcasına qətlə yetirildiklərini diqqətə çatdıran M.Babanlı bu faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib.

Professor Arif Əfəndiyev, kimya üzrə fəlsəfə doktoru Süleyman Verdiyev və digər çıxış edən alimlər də müstəqillik yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.

Sonda qanlı 20 Yanvar hadisələrini əks etdirən video-slayd nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.