ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elm günü”nə həsr olunan tədbirlər keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi şuranın iclası olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda direktor, akademik Dilqəm Tağıyev müasir dünyada elmin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Akademik, eyni zamanda, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda bu il yanvarın 8-9-da keçirilmiş doktorant və dissertantların attestasiyasının nəticələri müzakirə edilərək təsdiq olunub.
Sonra 27 mart - “Elm günü”nün keçirilməsi haqqında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq institutda keçiriləcək tədbirlər, eləcə də D.İ.Mendeleyevin dövri sisteminin 150 illik yubileyi ilə bağlı seminarın təşkili və “Elektron elm”lə bağlı məsələlər barədə müvafiq qərarlar qəbul olunub.