ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının kitabı çapdan çıxıb

Bakı, 17 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi Zemfira Ağayevanın “Metalların üzərində səthi aktiv maddələrin adsorbsiyası” kitabı rus dilində (Adsorbsiya poverxnostno-aktivnıx veşestv na metalle) çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda səthi aktiv maddələrin (SAM) çoxfunksiyalı reagentlər kimi istifadə olunması məsələləri göstərilib. Həmçinin SAM-ın istifadə olunan əhatə dairəsi və onların təsnifatı verilib. Qeyd olunub ki, adsorbsiya qabiliyyətinə əsaslanaraq, bir sıra effektiv SAM-lar neft istismarında istifadə olunan avadanlıqların mühafizəsində, korroziya və mexaniki sürtünmə proseslərində, asfalt-parafin çökmənin və mikroorqanizmlərin əmələ gəlməsinin qarşısının alınması proseslərində istifadə oluna bilər.

Müəllif bir sıra qoruyucu kompozit tərkibli azotlu səthi aktiv maddələrin analizini təqdim edib. Habelə neft qurğularının istismarı zamanı yaranan ekoloji və iqtisadi məsələləri işıqlandırıb, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində neft amilinin rolunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.