ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantları dərslərini onlayn şəkildə davam etdirirlər

Bakı, 9 aprel, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, qeyri-üzvi kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki kimya, kimyəvi kinetika və kataliz, kompozisiya materialları kimyası, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan kimyada hesablama metodları və proqramlaşdırma fənnindən texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov və neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisasında təhsil alan magistrlərə texnika üzrə fəlsəfə doktoru, dosent Qoşqar Əliyev tərəfindən kimyada təqribi həll üsulları fənnindən dərslər onlayn rejimdə tədris olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.