ELM VƏ TƏHSİL


Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun uğurları

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi şuranın növbəti iclası olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Akademik bildirib ki, bu il elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə institutun doktorantura və dissertanturasına 5 ixtisas üzrə 15 nəfər qəbul olunub.

Sonra doktorant və dissertantların fərdi iş planları müzakirə olunaraq təsdiq edilib.

İnstitut direktoru diqqətə çatdırıb ki, D.Mendeleyevin Dövri cədvəlinin yaranmasının 150 illik yubileyi ilə bağlı AMEA-nın Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan edib.

İclasda müsabiqədə iştirak etmək istəyən institut əməkdaşlarına təqdimat verilməsi haqqında qərar qəbul olunub.

Akademik Dilqəm Tağıyev ötən ilin də institut üçün uğurlu olduğunu vurğulayıb. Bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu bir sıra göstəricilərinə, o cümlədən “Web of Science” bazasının nəşrlərində dərc edilən məqalələr və onlara istinadların, beynəlxalq qrantlarda iştirakın saylarına görə Kimya Elmləri Bölməsinin institutları arasında liderdir. Eləcə də bu elmi müəssisə “Web of science” bazasında dərc olunan məqalələrin sayına görə AMEA-nın institutları arasında 3-cü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.