MƏDƏNİYYƏT


Kataloniya müstəqillik haqqında referendumdan sonra 319 milyon avro gəlir itirib

Madrid, 15 oktyabr, AZƏRTAC

Turizmdə Böyük Nailiyyətlər Biznes Alyansının (Exceltur)hesablamalarına görə sazişsiz Brexit İspaniya turizminə 1,407 milyard avroya başa gələcək.

AZƏRTAC xəbər verir ki, “Exceltur”un icraçı vitse-prezidenti Xose Luis Zoredanın sözlərinə görə, Ali Məhkəmənin Kataloniya liderləri barəsində dünənki hökmü turizmə xeyli təsir göstərəcək. X.Zoreda xatırladıb ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında qanunsuz referendumun keçirilməsi beş ayda 319 milyon avro itirilməsinə gətirib çıxarıb, region təqribən 185 min turist itirib.

Bundan əlavə, “Exceltur”un hesablamalarına görə, əgər sazişsiz Brexit oktyabrın 31-nə qədər qəti surətdə həyata keçirilsə, onda 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrınadək olan dövrdə İspaniya turizmi 1,407 milyard avro ziyana düşəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.