DÜNYA
Kataloniya paytaxtının meriyası “Barselona bütün dünyanın gözü ilə” adlı sorğu keçirib
Madrid, 18 yanvar, AZƏRTAC
Kataloniya paytaxtının meriyası “Barselona bütün dünyanın gözü ilə” adlı sorğu keçirib.
AZƏRTAC xəbər verir ki, sorğuda Barselonada ən azı bir il yaşayan üç mindən çox respondent iştirak edib. Onların 13 faizi başlıca çatışmazlıq kimi cinayətkarlığı, 8 faizi xüsusi olaraq kütləvi turizmi, daha 8 faizi siyasi mühiti, 7 faizi dolanışıq xərclərini, 6 faizi mədəniyyət və mentaliteti, 5 faizi isə terrorizmi göstəriblər.
Sonda sorğunun yekunlarına əsasən Kataloniya paytaxtının müsbət beynəlxalq imicindən bəhs edilir. Belə ki, respondentlər Barselonaya təkcə turizm istiqaməti kimi deyil, həm də biznesin aparılması üçün rahat yer kimi baxırlar.
Sorğunun nəticələri yerli hakimiyyət orqanlarına şəhər brendinin möhkəmləndirilməsi üzrə siyasətin formalaşdırılması üçün oriyentir qismində xidmət edir. Hazırda bu, ilk növbədə, kreativliklə, həmçinin rəqəmsal texnologiya və ya biotəbabət kimi innovasiya sahələri ilə əlaqələndirilir. Müsafirlər şəhərin müasirliyini, işədüzəlmə üçün geniş imkanlara malik olmasını, infrastrukturunu, çoxsaylı startapların, innovasiya və tədqiqat mərkəzlərinin, həmçinin təhsil müəssisələrinin mövcudluğunu fərqləndirirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid