DÜNYA


Kataloniyada İspaniya Ali Məhkəməsinin hökmü əleyhinə etiraz aksiyası keçirilir

Madrid, 14 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın liderləri 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

Müstəqil qruplar İspaniya Ali Məhkəməsinin qərarına qarşı etiraz aksiyası keçirir və bütün Kataloniyanın səfərbər olmasına çağırırlar.

Barselona və Jironda yollar bağlanıb. Bəzi təşkilatlar Barselona aeroportunun birinci terminalının işini iflic vəziyyətinə salmaq niyyətindədirlər. Regionun müstəqilliyi uğrunda çıxış edən iğtişaşçılar xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırırlar.

Məlum olub ki, hakim Pablo Llarena müstəqillik haqqında referendumdan sonra İspaniyadan Belçikaya qaçmış Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemonun həbsinə yeni order verib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.