DÜNYA


Kataloniyada baş verən son hadisələr muxtariyyətin turizm sektoruna mənfi təsir göstərir

Madrid, 19 oktyabr, AZƏRTAC

Kataloniya muxtariyyətinin müstəqil olmaq iddiası ilə qanunsuz referendum elan etməsindən sonra, regionun turizm sektoru 15 faiz geriləyib. Bu sahəyə sərmayə yatırımı da ciddi zəifləyib.

AZƏRTAC xəbər verir ki, 2017-ci ilin üçüncü rübündə Kataloniyada mehmanxana rezervasiyaları 20 faiz azalıb. Ümumilikdə turizm sektoru 1.2 milyard avro itirib.

Mütəxəssislər hesab edir ki, Kataloniya problemi tez həll edilməsə, regionun turizm sektorunun itkiləri 1,8 milyard avroya çatacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.