DÜNYA


Kataloniyada etiraz aksiyalarını işıqlandıran 60-a yaxın jurnalist zərər çəkib

Bakı, 20 oktyabr, AZƏRTAC

Kataloniyanın separatçı siyasətçiləri barədə çıxarılan məhkəmə qərarı ilə bağlı oktyabrın 14-dən başlayan etiraz aksiyalarını işıqlandıran azı 58 jurnalist zərər çəkib.

AZƏRTAC xəbər verir ki, media.cat portalının yaydığı məlumata görə, 20 KİV əməkdaşı cümə günü keçirilən aksiyalar zamanı xəsarət alıb.

Xatırladaq ki, oktyabrın 14-də İspaniya ali məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb.

Aksiyalar çox zaman iğtişaşlarla müşayiət olunur, etirazçılarla polis arasında şiddətli qarşıdurmalar yaşanır. İndiyədək bir neçə yüz insan yaralanıb, onlarla nümayişçi saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.