DÜNYA


Kataloniyada regional parlamentə seçkilər keçirilir

Madrid, 14 fevral, AZƏRTAC

Bazar günü, fevralın 14-də Kataloniya regional parlamentinə 135-ci dəfə seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Kataloniyada təxminən 5,5 milyon nəfər səsvermə hüququna malikdir.

2017-ci ildə keçirilmiş seçkilərdən sonra azlığın hökumətinə həbsdən və məhkəmədən Brüsselə qaçmış Karles Puçdemonun “Birlikdə Kataloniya üçün” partiyası və müstəqillik tərəfdarı olan “Kataloniya solçu respublikaçılar” (KSR) başçılıq edirdilər. Müstəqillik hərəkatı (separatçılar) mütləq çoxluğa nail olmağa ümid edir, hərçənd ictimai rəy sorğuları göstərir ki, onların sözsüz qələbə qazanmaq ehtimalı yoxdur.

Aparılmış sorğuların əksəriyyəti göstərir ki, Kataloniya Sosialist Partiyasının (PSC) qalib gəlmək şansı daha yüksəkdir. Bu partiya hazırda muxtar cəmiyyəti idarə edən iki əsas müstəqil qurumu: LRK (20–21 faiz) və “Birlikdə Kataloniya üçün” (19–20 faiz) fraksiyalarını bir az qabaqlayır (21-22 faiz).

COVID-19 virusuna yoluxmuş və ya karantinə yerləşdirilmiş seçicilər yerli vaxtla saat 18:00-dan 19:00-dək (seçki məntəqələri bağlanana qədər) səs vermək hüququna malikdirlər.

2769 seçki məntəqəsində təhlükəsizliyin təmin olunması üçün regional polisin (Mossos d'Esquadra) və Kataloniyanın yerli polisinin 14.200 əməkdaşı cəlb edilmişdir.

2017-ci ildə seçicilərin yalnız 2 faizi səs verməyəcəklərini bildirmişdi. Bu dəfə isə, sorğulara əsasən, seçicilərin 12 faizi seçkilərdə iştirakdan imtina edib.

Son 10 il ərzində Kataloniyada dördüncü dəfə seçkilər keçirilir. İspaniya Ali Məhkəməsi Jeneralitetin başçısı Kim Torrunu hakimiyyətdən qəti kənarlaşdırandan sonra muxtariyyət parlamenti ona əvəz tapa bilməyib və yeni parlament seçkiləri keçirilməsinə ehtiyac yaranıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.