DÜNYA


Kataloniyanın yeni lideri İspaniyanın Baş nazirini dialoqa səsləyib

Madrid, 6 iyun, AZƏRTAC

Kataloniyanın yeni rəhbəri Kim Torra İspaniyanın Baş naziri sosialist Pedro Sançezi dialoqa səsləyib. Bildirib ki, Kataloniya məsələsi ilə təcili məşğul olmaq lazımdır. Torra vurğulayıb ki, həllər üçün dialoqun aparılması şərtdir, lakin müstəqillik prosesini də dayandırmaq mümkün olmayacaq. Kim Torra, həmçinin qeyd edib ki, İspaniya hökumətinin tətbiq etdiyi 155-ci maddənin ləğvi də gündəmdədir.

Qeyd edək ki, ötən il oktyabrın 1-də keçirilmiş qeyri-qanuni referendum zamanı yerli hökumət müstəqillik barədə akt qəbul etmişdi, lakin İspaniya hökuməti keçirilmiş seçkilərin nəticələrini qeyri-legitim hesab edərək Konstitusiyanın 155-ci maddəsini tətbiq etmişdi. Maddəyə görə icazəli seçkilər keçirilənədək regiona rəhbərlik müvəqqəti olaraq hökumət nümayəndəsinə tapşırılmışdı.

Kataloniya hadisələrindən sonra 3 mindən çox şirkət regionu tərk etmişdi.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.