DÜNYA


Kataloniyaya xüsusi bölmələrin 600 agenti gələcək

Madrid, 7 sentyabr, AZƏRTAC

İspaniya Daxili İşlər Nazirliyi Kataloniyadakı polislərin sayını artırır.

AZƏRTAC “20 minutos” xəbər portalına istinadla bildirir ki, Kataloniyada milli bayram günü və bununla əlaqədar separatistlərin törədə biləcəyi aksiyalar ərəfəsində regiona xüsusi təyinatlı bölmələrin 600 agentinin göndərilməsi qərara alınıb. Onların vəzifəsi ictimai binaları mühafizə etmək və vətəndaşların təhlükəsiziyinin təmin olunmasında Kataloniya polisinə dəstək verməkdir. Bu halda əvvəlki kimi regionda qalan mülki qvardiyanın əməkdaşları da bu işə cəlb edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbir

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.