REGİONLAR
Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyib
Bakı, 28 aprel, AZƏRTAC
N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, professor Rüstəm Xamitoviç Ravilov Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) professor-müəllim və tələbələri üçün “Heyvanlarda xlamidioz” mövzusunda mühazirə söyləyib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mühazirədə ADAU-nun Baytarlıq təbabəti fakültəsinin tələbələri, magistrant və doktorantları həmçinin professor-müəllim heyəti iştirak ediblər.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov zəngin mühazirə üçün təşəkkür edərək, bu cür mühazirələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.