İDMAN


Kazan Universiadasında iştirak edən şahmatçılarımızın rəqibləri müəyyənləşmişdir

Bakı, 10 iyul (AZƏRTAC). Tatarıstanın Kazan şəhərində 27-ci Dünya Yay Universiadası davam edir.

AZƏRTAC xəbər verir ki, şahmat yarışlarına ölkəmizi təmsil edən idmançıların rəqibləri müəyyənləşmişdir.

Belə ki, şahmatçımız Nicat Abbasov Li Çao (Çin), Zaur Məmmədov Robert Ovanisyanla (Ermənistan), Bəhruz Rzayev Ma Kuinla (Çin), Vasif Dürarbəyli Tiberiu Qeorqeksla (Rumıniya), Türkan Məmmədyarova Bathuaq Munquntulla (Monqolustan), Nərgiz Umudova Anastasiya Savina ilə (Rusiya), Nərmin Kazımova Tuvşintuqs Batçimeqla (Monqolustan), Nərmin Xəlilova isə Ayjarkın Çingiz qızı (Qırğızıstan) ilə qarşılaşacaqdır.

Universiadada şahmat yarışlarına iyulun 15-də yekun vurulacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.