ELM VƏ TƏHSİL


Kazan Universitetinin əməkdaşları Əlyazmalar İnstitutunda qorunan qədim əlyazmalarla tanış olublar

Bakı, 10 yanvar, AZƏRTAC 

Kazan Federativ Universitetinin əməkdaşları Alsu Şaripova və Landış Yuzmuxametova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonaqlara müəssisənin keçdiyi yol, burada əlyazmaların toplanması, mühafizəsi və bərpası istiqamətində görülən işlər və şöbələrin fəaliyyəti barədə məlumat verib.

P.Kərimov Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Direktor müavini, həmçinin müstəqillik dövründə müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb.

Daha sonra qonaqlar institutun ekspozisiya zalında nümayiş etdirilən qədim əlyazmalarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.