DÜNYA


Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun iclası keçiriləcək

Moskva, 8 may, AZƏRTAC

Mayın 20-də Tatarıstan Respublikasının paytaxtı Kazanda “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun XII iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Strateji Baxış Qrupunun iclasının mövzusu “Etnomədəni müxtəlifliyin, millətlərarası və dinlərarası həmrəyliyin qorunub saxlanmasının Rusiya təcrübəsi ümumvətəndaş identikliyinin möhkəmləndirilməsinin rəhnidir” adlanır.

Diskussiyalarda ümumvətəndaş identikliyinin formalaşdırılmasının spesifik xüsusiyyətlərinin müasir dövlətin milli quruculuğunun təməli kimi nəzərdən keçirilməsi, etnomədəni müxtəlifliyin qorunub saxlanması üzrə qazanılanların kontekstləşdirilməsi, eləcə də sivilizasiyaların dialoqunun qurulmasında yerli və xarici təcrübə nəzərə alınmaqla, qlobal inkişaf trendləri baxımından aktual qərarların və təkliflərin müzakirəsi planlaşdırılır.

İştirakçı qismində iclasa dünyanın 30 ölkəsindən dövlət və ictimai xadimlər, dünya dinlərinin ruhani təsisatlarının liderləri, mədəni və elmi dairələrin, media ictimaiyyətinin nümayəndələri dəvət olunublar.

Görüşlərdə Tatarıstan Respublikasının Prezidenti, “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanovun, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinin, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İbrahim Tahanın və digərlərinin çıxışları gözlənilir.

Mayın 19-21-də “Rusiya – İslam dünyası: KazanSummit 2022” XII Beynəlxalq İqtisadi Sammit və Volqa Bulqariyası xalqları tərəfindən islam dininin rəsmən qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş tədbirlər də təşkil olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.