SİYASƏT
Kazbek Taysayev: Heydər Əliyev unikal bir şəxsiyyət idi
Bakı, 1 iyun, AZƏRTAC
Heydər Əliyev unikal bir şəxsiyyət idi. Xalqının təkidi ilə rəhbərliyə qayıdan Ulu Öndər müstəqil və suveren Azərbaycan dövlətini yaratdı və onun gələcək inkişafının əsasını qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevə ölkələrimiz arasında vaxtilə Ümummilli Lider tərəfindən qoyulan dostluq əlaqələrini davam etdirdiyinə görə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Kazbek Taysayev iyunun 1-də Bakıda keçirilən Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda beynəlxalq konfransda səsləndirib.
Heydər Əliyevlə bağlı xatirələrini bölüşən K.Taysayev Ulu Öndərin Azərbaycan xalqı üçün zəngin irs qoyub getdiyini vurğulayıb. Bildirib ki, məhz Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünyanın bir çox ölkələri ilə strateji əməkdaşlıq əlaqələrinin əsasını qoyub.
Ölkəmizin multikulturalizm ənənələri ilə seçildiyini qeyd edən rusiyalı parlamentari Azərbaycanda xeyli sayda rus xalqının nümayəndəsinin yaşadığını bildirib. O, rus dilinin ali və orta təhsil müəssisələrində öyrənilməsinin Rusiya və Azərbaycan arasındakı mövcud dostluq əlaqələrindən irəli gəldiyini qeyd edib.