Kazemiro "Paris Sen-Jermen" ilə cavab oyununu buraxacaq
AzerTAg.az

Bakı, 16 fevral, Nicat Məmmədov, AZƏRTAC
İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Kazemiro fevralın 16-da futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində Fransanın "Paris Sen-Jermen" komandasına qarşı oyunda sarı vərəqə alıb.
AZƏRTAC xəbər verir ki, bununla da braziliyalı futbolçu martın 9-da cavab matçında oynamayacaq. Buna səbəb sarı vərəqə limitini keçməsi olub.
Qeyd edək ki, "Paris Sen-Jermen" - "Real Madrid" klubu arasında baş tutan görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb - 1:0. Görüşdə yeganə qolun müəllifi əsas vaxta əlavə olunmuş dəqiqlərdə Kilyan Mbappe olub. Fransız fərdi ustalığı sayəsində komandasının vacib qolunu vurub.
Səkkizdəbir final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.
Xəbərin mətnində orfoqrafik səhv var