Keçən ay 11 məntəqədə işıqforlara səs siqnalları quraşdırılıb
AzerTAg.az

Bakı, 9 oktyabr, AZƏRTAC
Sentyabrda 11 məntəqədə işıqforlara səs siqnalları quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, ötən ay işıqfora piyada seksiyası quraşdırılan məntəqələrin sayı 13 olub. Doqquz küçə və prospektdə sürət həddi optimallaşdırılıb. 4 piyada keçidində “Sarı döyünən işıq” tətbiq edilib. Yeni parklanma yeri təşkil edilən məntəqələrin sayı 2 olub. Bir küçə və prospektdə isə “İdeal səki” təşkil olunub.
Keçən ay 55 nəqliyyat vasitəsi üçün parklanma yeri yaradılıb. Quraşdırılan işıqforlar nəticəsində kəsişmələrdə hərəkət növbəliyi təmin edilib, yol nəqliyyat hadisələrinin başvermə ehtimalı minimuma endirilib və piyada təhlükəsizlik səviyyəsi artırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var