İQTİSADİYYAT


Keçən ay 2,1 milyard kilovat/saat əmtəəlik elektrik enerjisi istehsal olunub

Bakı, 18 fevral, AZƏRTAC

Ötən ay Azərbaycanda 2 milyard 225,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 2 milyard 154,3 milyon kilovat/saat elektrik enerjisi alınıb. Bu göstərici 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 1,6 faiz çox olub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, həmin həcmin 2 milyard 68,3 milyon kilovat/saatı istilik, 75 milyon kilovat/saatı su, 2 milyon kilovat/saatı günəş, 9 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.