İQTİSADİYYAT


Keçən ay OPEC-in gündəlik neft hasilatı 25,4 milyon barelə yüksəlib

Bakı, 10 iyun, AZƏRTAC

May ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sutkalıq xam neft istehsalı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC üzrə neft istehsalı aprellə müqayisədə 390 min barel artaraq sutkada 25 milyon 460 min barel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 0,2 faiz artaraq 27,2 faiz olub.

Ötən ay kartel üzrə neft istehsalını ən çox artıran ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkənin gündəlik hasilatı əvvəlki aya görə 345 min barel artıb.

Ay ərzində OPEC-ə üzv ölkələrdən neft istehsalı ən çox Nigeriya azalıb. Belə ki, ölkədə sutkalıq hasilat 72 min barel geriləyib.

Mayda dünyadakı qazma qurğularının sayı aprellə müqayisədə 74 ədəd azalaraq 1370 olub. Həmin qurğuların 360-ı OPEC-ə üzv ölkələrdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.