İQTİSADİYYAT


Keçən ay OPEC-in sutkalıq neft istehsalı 24,2 milyon barrel olub

Bakı, 12 noyabr, AZƏRTAC

Oktyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 200 min barrel artaraq sutkada 24 milyon 250 min barrelə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon 170 min barrel təşkil edib. Bununla da, oktyabrda OPEC-in sutkalıq istehsalı ümumilikdə 29 milyon 420 min barrel olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.