İQTİSADİYYAT
Keçən ay informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib
Bakı, 19 fevral, AZƏRTAC
Yanvarda informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 44 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.