İQTİSADİYYAT


Keçən ay neft sektorunda 2,5 milyard manatlıq məhsul istehsal olunub

Bakı, 21 fevral, AZƏRTAC

Yanvarda ölkənin neft sektoruna 362 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində neft sektorunda 2 milyard 524,1 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ayla müqayisədə 2,1 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 3,2 faiz çoxalıb. Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Yanvarda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,8 faiz bahalaşıb.

Fevralın 1-nə iqtisadiyyatın neft sektorunda 34,2 min nəfər çalışıb. Ötən il neft sektorunda nominal əməkhaqqı 3 min 11 manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.