İQTİSADİYYAT


Keçən ay pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2,8 milyard manatlıq məhsul satılıb

Bakı, 19 fevral, AZƏRTAC

Yanvarda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2 milyard 898,5 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 768,7 milyon manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə əmtəə dövriyyəsi 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,8 faiz artıb. Ticarət şəbəkəsində 1 milyard 456 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 442,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.