İQTİSADİYYAT


Keçən ay qeyri-OPEC ölkələrində neft istehsalı çoxalıb

Bakı, 12 iyun, Nihad Budaqov, AZƏRTAC 

2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barrelə yüksələcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, mayda qlobal neft təklifi aprel ayı ilə müqayisədə gündəlik 270 min barrel artaraq 97 milyon 860 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 100 min barrel çoxalaraq 59 milyon 750 min barrelə çatıb.

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbatı 2017-ci illə müqayisədə gündəlik 1 milyon 650 min barrel artaraq 98 milyon 850 min barrelə çatacaq. OPEC üzrə neft tələbatının isə bu il gündəlik 300 min barrel artaraq 32 milyon 700 min barrel olacağı gözlənilir.

Cari ildə qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə sutkalıq 1 milyon 860 min barrel çoxalaraq 59 milyon 750 min barrelə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.