ELM VƏ TƏHSİL


Keçən il 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib

Bakı, 3 iyun, AZƏRTAC

Ötən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, bu, dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda əks olunub.

Həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 1245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azadedilmə, 34-ü vəzifə maaşının azaldılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.