İQTİSADİYYAT
Keçən il 194 min tondan çox plastmas və onlardan hazırlanan məmulatlar idxal olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il ölkəyə 194 min 265 ton plastmas və onlardan hazırlanan məmulatlar idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İl ərzində idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 368 milyon 74 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 318 milyon 227 min dollar olmaqla 181 min 538 ton plastmas və onlardan hazırlanan məmulatlar idxal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]