DÜNYA


Keçən il 5 mindən çox gürcüyə Yunanıstanda yaşamaq icazəsi verilib

Tbilisi, 10 mart, AZƏRTAC

Keçən il Gürcüstandan mühacirət etmiş vətəndaşlara ən çox yaşayış icazəsini Yunanıstan hökuməti verib.

AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Yunanıstan Miqrasiya Siyasəti Departamenti tərəfindən 5006 nəfər Gürcüstan vətəndaşına ölkədə yaşamaq üçün şəxsiyyəti təsdiq edən və yaşamaq hüququ verən vəsiqə təqdim olunub. Gürcüstanın Yunanıstandakı səfiri İosif Nanobaşvili mətbuata açıqlamasında deyib ki, bunların 2286-sı ilkin yaşayış icazəsidir.

Diplomat bildirib ki, Yunanıstana səfər edən və burada daimi yaşamaq istəyən Gürcüstan vətəndaşlarına dəstək məsələsi səfirliyin fəaliyyətinin prioritetlərindən biridir. Səfirlik bu məsələyə görə Yunanıstanın müvafiq strukturları ilə əməkdaşlıq edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.