CƏMİYYƏT


Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib

Berlin, 14 yanvar, AZƏRTAC

Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib, kömürdən istifadə isə azalıb.

AZƏRTAC xəbər verir ki, bununla belə ekologiya hərəkatlarının liderlərinin fikrincə, CO2 (karbon qazı) tullantılarının daha əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq mümkündür.

Ötən il havaların küləkli keçməsi sayəsində külək generatorları tam gücü ilə işləyib və daş kömür, yaxud qonur kömür yandırmağa çox ehtiyac olmayıb. Bundan əlavə, kömürün yandırılması yolu ilə elektrik enerjisi istehsalının maya dəyəri artdığı üçün istilik elektrik stansiyaları məhsuldarlığı azaltmağa məcbur olublar. Məhz bu səbəbdən, 2019-cu ildə ətraf mühitə karbon qazı tullantıları 7 faiz azalıb.

Bütövlükdə ötən il kömür elektrik energetikasının rentabelliyi azalıb, yaşıl energetikanın iqtisadi cəlbediciliyi artıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.