CƏMİYYƏT


Keçən il Ali Məhkəmədə qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı 400-dən çox hüquqi akt layihəsi təhlil edilib

Bakı, 19 fevral, AZƏRTAC

Ali Məhkəmənin Aparatı 2020-ci ildə səmərəli fəaliyyəti ilə seçilib. Belə ki, milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədilə Ali Məhkəmə səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda deyib.

Sədr diqqətə çatdırıb ki, bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda, bəzi məsələlərlə bağlı məhkəmə fəaliyyətinin monitorinqlərinin aparılmasına başlanıb. Qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib və müvafiq rəy və təkliflər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.