İQTİSADİYYAT


Keçən il Azərbaycanda 38,7 milyon ton neft və 19,2 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Bakı, 21 yanvar, AZƏRTAC

2018-ci ildə Azərbaycanda 38 milyon 758 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 30 milyard 592,2 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 19 milyard 209,9 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34,8 milyard manat olmaqla əvvəlki ilə nisbətən 0,2 faiz çoxalıb.

Ölkədə neft istehsalı əvvəlki ilin səviyyəsində qalıb, təbii qaz hasilatı isə 5,8 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.