İQTİSADİYYAT


Keçən il Azərbaycanda elektrik enerjisi istehsalı 26 milyard kilovat/saat olub

Bakı, 23 yanvar, AZƏRTAC

Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 26 milyard 87,1 milyon kilovat/saat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, elektrik enerjisi istehsalı 2018-ci illə müqayisədə 851,1 milyon kilovat/saat artıb.

İl ərzində istilik elektrik stansiyalarında (İES) istehsal əvvəlki ilə (23,1 milyard kilovat/saat) nisbətən 1 milyard kilovat/saat artaraq 24,1 milyard kilovat/saat, su elektrik stansiyalarında (SES) 2018-ci ilə görə (1,7 milyard kilovat/saat) 222,5 milyon kilovat/saat azalaraq 1,5 milyard kilovat/saat, günəş elektrik stansiyalarında (GES) (2018-ci il - 39,3 milyon kilovat/saat) 4,9 milyon kilovat/saat artaraq 44,2 milyon kilovat/saat, külək elektrik stansiyalarında (KES) (2018-ci il - 82,7 milyon kilovat/saat) 22,7 milyon kilovat/saat artaraq 105,4 milyon kilovat/saat, bioelektrik stansiyalarında isə (2018-ci il - 162,2 milyon kilovat/saat) 33,7 milyon kilovat/saat çoxalaraq 195,9 milyon kilovat/saat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.