İQTİSADİYYAT


Keçən il Azərbaycanda təbii qaz istehlakı 10,6 milyard kubmetr olub

Keçən il Azərbaycanda təbii qaz istehlakı 10,6 milyard kubmetr olub

Bakı, 20 iyun, Nihad Budaqov, AZƏRTAC 

Azərbaycanda təbii qaz istehlaklı ötən il 10,6 milyard kubmetr təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin illik statistik hesabatında deyilir. Bildirilir ki, hesabat ilində Azərbaycanın qaz istehsalı isə 17,7 milyard kubmetr olub. Azərbaycanın 1,3 trilyon kubmetr və ya 46,6 trilyon kubfut təsdiqlənmiş təbii qaz ehtiyatları var.

Xəzəryanı ölkələrdən Rusiyanın qaz istehlakı keçən il 424,8 milyard kubmetr, İranın 214,4 milyard kubmetr, Türkmənistanın 28,4 milyard kubmetr, Qazaxıstanın isə 16,3 milyard kubmetr təşkil edib.

İllik qaz istehlakına görə dünyada ilk sırada 739,5 milyard kubmetrlə ABŞ, ikinci yerdə Rusiya, üçüncü sırada isə 240,4 milyard kubmetrlə Çin qərarlaşıb. Hesabata görə, dünyada təbii qaz istehlakı ən az ölkə 0,6 milyard kubmetrlə Ekvadordur.

Keçən il qlobal qaz istehlakı 3 trilyon 670,4 milyard kubmetr olub. Bu həcmin 1 trilyon 677,6 milyard kubmetri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə, 1 trilyon 992,8 milyard kubmetri qeyri-OECD ölkələrində, 466,8 milyard kubmetri isə Avropa İttifaqına üzv dövlətlərdə istehlak edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.