İQTİSADİYYAT


Keçən il Azərbaycanda ümumi daxili məhsul 1,4 faiz artıb

Bakı, 14 yanvar, AZƏRTAC

2018-ci ildə Azərbaycanda ÜDM 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye məhsulu istehsalı 1,5 faiz, qeyri-neft sənayesi 9,1 faiz, kənd təsərrüfatı üzrə istehsal isə 4,6 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, ötən il 11 milyard manatı qeyri-neft sektoruna olmaqla, ölkə iqtisadiyyatına 17,2 milyard manat investisiya yatırılıb, strateji valyuta ehtiyatları 45 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.