REGİONLAR


Keçən il Göygöl rayonunda 160 minə yaxın iri və xırdabuynuzlu mal-qara qeydə alınıb

Göygöl, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçən il Göygöl rayonunda iribuynuzlu mal-qaranın sayı 20 min 289 başa, xırdabuynuzlu mal-qaranın sayı 139 min 688 başa çatdırılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, süd istehsalı 213 ton, ət istehsalı 14,8 ton, yumurta istehsalı 8 min ədəd artıb.

Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 34 baş cins mal-qara satılıb. Beləliklə, cins mal-qaranın sayı 324 başa çatdırılıb. Eyni zamanda, 1136 baş mal-qara süni yolla mayalandırılıb, 432 baş cins bala alınıb. Rayon üzrə süni mayalanma yolu ilə alınmış buzovlara görə dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu il ərzində 42 min 900 manat subsidiya verilib.

Aparılmış profilaktiki baytarlıq tədbirləri nəticəsində 2019-cu ildə rayon ərazisində heyvanlar və quşlar arasında kütləvi yoluxucu xəstəliklər baş verməyib, epizodik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.