DÜNYA


Keçən il Türkiyədə 984 meteoroloji hadisə baş verib

İstanbul, 13 may, AZƏRTAC

Keçən il Türkiyədə 984 meteoroloji hadisə baş verib. Bu, 1940-cı ildən indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Meteoroloji Baş İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, son illər Türkiyədə dəyişən iqlim şəraitinin təsiri ilə meteoroloji fəlakətlərin meydana gəlməsi, onların müddəti və intensivliyi artıb, daha əvvəl görülməmiş bəzi fəlakət növləri də qeydə alınıb. Bu cür təbiət hadisələri əsasən yaz və qış aylarında meydana gəlib ki, onların da böyük əksəriyyətini güclü külək və dolu təşkil edib.

Bildirilib ki, ölkədə baş verən təbii fəlakətlərin ağır fəsadlarla nəticələnməsinin qarşısını düzgün proqnozlarla almaq mümkün olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.