Keçən il əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb
AzerTAg.az
Bakı, 21 yanvar, AZƏRTAC
Ötən il əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 184,3 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 65,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı sahələrinə, 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz olub.

Xəbərin mətnində orfoqrafik səhv var