REGİONLAR
Keçən il ölkədə 2 min 910 istixana fəaliyyət göstərib
Bakı, 22 fevral, AZƏRTAC
2018-ci ildə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2 min 910 istixana fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.
Yanvarda respublikada örtülü torpaq sahələrindən 15,6 min ton tərəvəz toplanıb.